Rafail Incəyurd : - ÖMÜR

Ədəbiyyat 14:26 / 19.04.2024 Baxış sayı: 759

 

Uzaqlar maraq yeridi,

Bilmirsən nədi, nəyi var.

Koması saray qoxulu

Köylünün də köy öyü var.

 

Gedirsə rifah davası,

Yalandı tamah tovası.

Hər qazanın öz havası,

Hər havanın öz iyi var.

 

Bu yarışdan hamı umur,

Bu yarışda heç kim udmur.

Bir gün ömrün: “Bu da son tur,

yarış bitti” – deməyi var!..

18.04.24