Növbəti köç karvanı yola düşdü - Laçın şəhəri və Zabux kəndinə

MƏMLƏKƏT 07:59 / 30.04.2024 Baxış sayı: 1433

Bu gün Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola düşüb.

Yenises.az xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 65 nəfər, Zabux kəndinə isə 2 ailə - 4 nəfər köçürülür.

Ağcabədi, Kürdəmir və Beyləqan rayonlarındakı 7 ailə (21 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşularaq bir yerdə hərəkət edəcəklər.

Beləliklə, bugünkü (30.04.2024-cü il) köç də nəzərə alınmaqla Laçın şəhərinə cəmi 493 ailə (1 838 nəfər), Laçın rayonunun Zabux kəndinə cəmi 217 ailə (823 nəfər) köçürülü