Əbülfət Mədətoğlu : - Sükutun süqutu...

Ədəbiyyat 07:35 / 28.04.2024 Baxış sayı: 2919

 

Bir günün və bu anın

hakimi oldu sükut...

Bu biçimdə , inanın -

sükut elədi süqut!..

 

Nə gözlərim sevindi,

nə də dodağım qaçdı...

Ruh sükuta çevrildi,

dözmədi, ürək sancdı!..

 

İlməsi qaçan xəyal,

axıtdı bənd, bərəni...

Boynu bükülü qoydu -

şehdən ümid dərəni!..

 

...Bu günün və bu anın

sükut oldu cikgəsi!..

Sınanan, həm sınanın -

çilikləndi hikgəsi...