Əbülfət Mədətoğlu : - Yenə sancaqlamışam...

Ədəbiyyat 08:44 / 23.04.2024 Baxış sayı: 3693

 

 

***

Yenə sancaqlamışam

gözlərimi buluda...

Xəyal həddin aşmışam -

bu sonuncu umudla...

 

Bəlkə yağdı o bulud

çətir oldum bir anlıq...

Dil tökdüm o buluda -

Hər an mən bir Quranlıq!..

 

Heydən düşən ruhumla,

"bəlkə" yazıb ... baxıram...

Dünən gördüm yuxumda -

ulduz kimi axıram...