Azərbaycanda yeddi saatlıq iş qrafikinə keçilə bilərmi? - AÇIQLAMA

HÜQUQ 12:02 / 02.05.2024 Baxış sayı: 1726

Artıq bəzi dövlətlərdə yeddi saatlıq iş rejiminə keçilib.

Bəs, ölkəmizdə belə bir addımın atılması gözləniləndirmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin üzvü, iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, fərqli ölkələrdə həm iş günlərinin sayı, həm də iş saatı ilə bağlı yanaşmalar müxtəlifdir:

“Hazırda bəzi ölkələrdə dörd günlük iş həftəsinin praktikası da öyrənilir. Yeddi saatlıq iş gününə gəlincə, onu deyə bilərəm ki, Azərbaycanın mövcud qanunvericiliyinə görə səkkiz saatlıq iş rejimi tətbiq olunur. Hazırda 8 saatlıq iş rejiminin dəyişdirilməsi ilə bağlı məsələ müzakirə olunmur və bu məsələnin müzakirəsi hər hansı bir instansiyada aparılmır”.