Əbülfət Mədətoğlu : - Ömür kitabım...

Ədəbiyyat 07:48 / 01.05.2024 Baxış sayı: 2585

 

Çətinləşib qapı açmaq, yol keçmək

Nə ayağım, nə də əlim həmindi...

Sağı gördüm, bacarmadım sol keçmək -

Sol sənindi - həm o zaman, həm indi!..

 

Sıralanıb kipriklərdə tumurcuq

Göz qırpmagın qorxusunu yaşıyır...

Son ümidim boynundakı göy muncuq -

Baxışımı özü ilə daşıyır...

 

Ağrı sorur dizlərimin gücünü.

Qaysaqlayır ruhumdakı dilək də...

Həsrət sanki. dərənin bir gicini -

Boğur hər an , göz-görəti bələkdə!..

 

...Çətinləşən durumum da, günüm də

Son ahıyla sənə tərəf əyilir...

Bir kitab var-"Ömür" adlı önümdə -

Orda yalnız Sənin adın deyilir!..