VER XIRDALAYIM - yazdı  Məhərrəm Şəmkirli

YAZARLAR 13:14 / 02.05.2024 Baxış sayı: 1507

 

                                                                                                           (kiçik hekayə)

Səbirsizliklə gözlədiyim,saatlarını saydığım gün, axırkı gəlib çatdı.Səhərin gözü açılar, açılmaz özümü verdim binamızın yaxınlığında olan bankomatın yanına.Çox ertədən olduğuna görə bankomatın yanında heç kim yox idi.Pensiya vaxtını günləri saya-saya gözləyən mən,bir də içi müxtəlif rəqəmli əskinazlarla dolu olan başına dönüb,qadasın aldığım bankomat.Ədəb-ərkanla bankomata salam verdim,böyük sevinclə ğlimi cibimə salıbkartımı çıxardım,bankomatın yarığına salıb kodumu və alacağım pulun rəqəmini yığdım.Bankomatdan üç ədəd şax yüzlük çıxdı.Öpüb gözümün üstünə,sonrada qatlayıb cibimə qoydum.Sevinə-sevinə üz qoydum yaxınlıqdakı ərzaq mağazasına.Çünki neçə gün idi ki,evdə yeməyə bir şey yox idi.Mağazaya yol xırda bir baxcanın içindən keçirdi.Evə nələr alacağımı fikirləşə-fikirləşə başı aşağı gedirdim.Qəfildən qulağıma səs gəldi:-Qğlum,səni bir dəqiqəliyinə olar? Başımı qaldırıb səs gələn tərəfə baxdım.Oturacaqda orta yaşlı,müasir dəbdə geyinmiş bir qadın oturmuşdu.Barmağımı sinəmə tuşlayıb soruşdum:-Xanım,mənimləsiniz.-Hə,səninləyəm.Yaxın gəl.Öz-özümə:-Bu niyə mənə “oğlum” dedi? Deyəsən axı mən ondan xeyli böyüyəm? Nəisə.Türklər demiş boş verib qadına yaxınlaşdım və “oğlum” müraciətinin qarşılığında “xala” eşidirəm.Buyrun,-dedim.

-Mənə iki manat ver,ehtiyacım var.

Bir söz deməyib əlimi cibimə saldım,üç şax yüzlükdən başqa cibimdə bir qəpik də olsa pul yox idi.Olsaydı üç gün uşaqları qənaətlə yedirtməzdim.Pulun olmamağının günahı da heç kimdə yox,özümdəydi.Keçən ayın pensiyasını bir az çox pılansız xərcləmişdim.

-Xala,təəssüf edirəm ki,cibimdə üç yüzlükdən başqa pul yoxdur.Onu da indi bankomatdan almışam.Pensiyamdır.Gərək məni üzürlü sayasan.

Fikirləşdim ki,yəqin “xala”üzrxahlığımı anlaşıqlı qarşılayıb deyəcək: “Canın sağ olsun.eybi yoxdur,xırdan olanda verərsən”.Amma mənim düşündüyüm kimi olmadı.”Xala”əl atıb gödəkcəsinin cibindən bir qalaq pul çıxarıb:-Oğlum,problem yoxdur,Cəhrə xalan hələ kimsəyi naümid qoymayıb.Ver xırdalayım.”Xala”nın əlindəki bir qalaq pulu görüb şoka düşdüm.Pul olan cibimdəki əlimi çıxarıb başıma bir qapaz saldım və yavaşca dedim:-Kül başına Natiq,özünə də bax,parkda oturub sədəqə yığan “xala”ya da!