Qəshəm Isabəyli : - BİR CÜT İNNAB AĞACI

Ədəbiyyat 09:54 / 22.08.2024 Baxış sayı: 5435

 

Yaşmada

Bağ evimin həyətində

Bir cüt innab ağacı var.

Hər il də budaqlarını

Yerə əyir üstündəki bar.

Ustad şairimiz

Zahid Xəlil bağışlayıb

Bunları bağından.

Sözün düzü,

Birini mən əkmişəm,

Birini özü!

Başları üstündən

Sığalını əskik eləməyir əlim.

Birini Zahid Xəlil çağırıram,

Birini – Qəşəm İsabəyli.

Gecəli-gündüzlü bir yerdəyik,

Hər gün salamlayırıq bir-birimizi.

Ana təbiət

Ağac kimi də yaşadır bizi!

18-21.08.2024

Şəkilin açıqlaması yoxdur.