OXUCULARLA GÖRÜŞ HAMINI MƏMNUN ETDİ

Gündəm, MƏDƏNİYYƏT 14:56 / 04.05.2024 Baxış sayı: 2325

 

Dünən (03.05.2024) Mingəçevir şəhərindəki N.Nərimanov adına Mədəniyyət Evində şair-publisist İsmayıl İmanzadənin yaradıcılıq günü keçirilib. Oxucularla yanaşı AYB Mingəçevir bölməsində təmsil olunan yazardandan Bəhman Gülövşəli, Namiq Zaman, Elçin Məhərrəm və Nicat Hunalpın da qatıldıqları tədbirdə ustad qələm sahibinin ədəbi yaradıcılığın əks etdirən video-stend nümayiş etdiriləndən sonra, şairin “Cəbrayılda qalan dünyam” adlı şeirinə mərhum bəstəkar Məlahət Həmidqızının bəstələdiyi mahnı tanınmış müğənni Vüsal Zamanovun ifasında səsləndirilib.

Mədəniyyət evinin məsul işçisi Sevda Təhməzova İsmayıl İmanzadənin həyat və yaradıcılığından, Mingəçevirdə ədəbi aləmin təəşəkkülündə və inkişafındakı xidmətlərindən söz açıb.

Oxuculardan Xanım Rəcəbli, Amil Fərzəliyev və Kövsər Tağızadə şairin şeirlərindən nümunələr söyləyiblər. Sonrakı məqamlarda şairin yazar həmkarları,- Bəhman Gülövşəli, Namiq Zaman, Elçin Məhərrəm və Nicat Hunalp İsmayıl İmanzadənin şəxsiyyətinə və ədəbi fəaliyyətinə yönəlik dəyərli kəlmələr söylədikləri kim, özlərinin ədəbi yaradıcılıqlarından oxuduqları nümunələrlə də tədbirə qatılanlara unudulmaz anlar bəxş etməyə nail olublar.

Sonda çıxış edən İsmayıl müəllim mədəniyyət evinin direktoru Əliyusif Kazımova, oxuculara tədbirin təşkilində zəhməti keçənlərə minnətdarlığını bildirmiş, yaradıcılığını əks etdirən üç şeirini dilə gətirmiş, müxtəlif illərdə nəşr olunmuş kitablarını oxuculara bağışlamışdır.

Ceyhun Həsənov

II Qarabağ Müharibəsi iştirakçısı, qazi

 

Paylaş