Meteohəssas insanların nəzərinə!

MƏMLƏKƏT 17:13 / 20.09.2025 Baxış sayı: 2325

Abşeron yarımadasında sentyabrın 21-i xəzri küləyinin güclənəcəyi və rütubətli hava şəraiti gözlənilir.

Bu barədə Yenises.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Məlumata əsasən, sentyabrın 21-dəki hava meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.