Kəramət : - KÖHNƏ SİNİF OTAĞI
Dünya sinif otağı, Həyat da ki müəllim
Sinifdən qovulansan, şuluqluğun "ah"ı var
Dartdığın qız saçında qalıbdı uşaq əlin
Dərsin şirin yerində Əzrayıl da çağırar
Hələ yolun əvvəli, əvvəl sonmuş sən demə
Sən demə..bütün bunlar yuxuymuş, nağıl imiş.
Köhnə gordan səs gələr; "Qoca uşaq, qəm yemə"
İmperatorlar belə qorxaqmış, fağır imiş...
Daşı dəli ruhumu dar bədəndə-dar Yerdə
Səhranın tərs küləyi dayanıbdı qəsdimə
Ya it, ya quş şəklində sənə dönərəm bir də
Köhnə sinif otağı, oyandım zəng səsinə.