Kəramət :ADAM OĞRUSUNUN  SEÇİMİ

YAZARLAR 08:21 / 06.05.2024 Baxış sayı: 815

O DAHA   ADAM  OĞURLUĞU  ETMİR

..İLLƏR ÖNCƏ BİR ADAm oğrusuyla söhbət eləmək şansım oldu və mən ondan soruşdum ki, səni ən çox təsirləndirən, mat qoyan hansı hadisə?

--Hamının tanıdığı, Bakıda xeyli binalar tikən və dövlətdə də işi olan BİRİnin...adını deməyəcəm, arvadını qaçırdıb onun üçün cüzi-1 milyon dollar tələb etdik. Güldü,-İstəyirsiz, öldürün...-dedi. Nə edəcəyimizi bilmədik. Səsini xanımına dinlətdik. Uşaqlar dedi ki, başına oyun açıb videosunu paylaşaq..."Yox" dedim...yola saldıq getdi.

-Sonra..?

_Ondan sonra "adam oğurluğu"nun daşını atdım, başa düşdüm ki, heç bir adamın heç bir adamçın əhəmiyyəti yoxdur.

-Elədi, zatən hər şeyi satıb-atıb mənsəb, pul yiyəsi olublar.

-İnanırsan...özlərini də oğurlasan , ölürlər pulu vermirlər, puluna əl qoyanda özlərini verirlər, hər şeyi.

-Daha adam oğurluğuyla məşğul olmursan?

-Yox...adam havayıdı, alıb-satan da yoxdu. Narkotika daha sərfəlidi..

....................

O ADAM OĞRUSU danışır, mənimsə onu dinləmək halım yoxuydu daha...özümü dinləyirmiş kimi göstərirdim.

Düşünürdüm və əslində, heçnə düşünə bilmirdim.

Uyarıda bulundu və məni tənqid etdi-

-MƏRHƏMƏT VƏ FƏDAKARLIĞI HƏYAT KİMSƏYƏ BAĞIŞLAMIR.