Kəmalə Abiyeva - Ayılın!!!

YAZARLAR 10:20 / 01.10.2025 Baxış sayı: 1518

Demirlər "ölünün dalınca danışmayın", deyirlər "nə ölünün, nə dirinin dalınca danışmayın".Tərifi də, tənqidi də adamın özünə deyin. Necə ki, Cabir İmanov və onun dostları edirdi. Üzvü olduğu komanda edirdi. Vahid Mustafayevin dediyi kimi "cəmiyyətin güzgüsü" idilər. Heç kimin deyə bilmədiklərini deyirdilər. Niyə görməzdən gəlirsiz?

Hansı oktyabr hadisələri? Niyə 100-200 adam hay-həşir salmışdı? Niyə o videoları yayımlayırdız? Xarici himayədarlarınıza göndərirdiniz ki? Nəyə etiraz edirdiniz? Müxalifətdən kimsə səs toplamamışdı. 90-cı illərdən toplamayıblar. Özüm seçkilərdə olmuşam. Nisbətən çox səs toplayan Lalə xanım olub. İlk seçki saxtakarlığını da 90-larda etmişik. Hətta müxaliflərin deputat seçilməsində də saxtakarlıq olub. Qoy olsunlar deyiblər. Onlarsa deputat səlahiyyətlərindən istifadə edib daha çox satqınlıq ediblər. Niyə sizə elə gəlir ki, dövlətini, vətənini qorumaq, Azərbaycanın varlığına, güclü olmasına çalışmaq, torpağını sevmək yaltaqlıqdı? Bir də insan yaşadığı, Vətəni olan dövlətini satmaqdansa, yaltaqlanar da!

Cabir İmanov xalqın sevimlisidir. Vətənpərvərdir! O videolarda da heç nə yoxdu. Etirazçıları dağıtmağa çalışırlar. Polisləri armaturlarla döyməyiniz, şəhəri dağıtmağa çalışmanız necə olsun?

İstedadlı, savadlı, vətənpərvər, Azərbaycanın adını hər yerdə layiqincə ucaltmağa çalışan birinin ölümündən belə araqarışdırmaq, sabitliyi pozmaq üçün istifadə edirsiz dünyanın belə qarışıq vəziyyətində. Söz tapmır adam sizə desin. Vətən xaininindən ağır söz yoxdu ki? Adam elə sizi döymək istəyir.

Onunla vidalaşmağa minlərlə insan getdi. Sizdən sonra sevinənlər çox olacaq. Nələrin üstü açılacaq...

Ayılın kor-koranə belə adamlara inananlar.