Ismayil Imanzadədən İKİ ŞEİR

Ədəbiyyat 18:29 / 21.09.2025 Baxış sayı: 5207

İNCİMƏ

Qar yağır əlçim-əlçim

Səhər-axşam izimə.

Öz yolunla çıxıb get,

Dönüb baxma üzümə.

Kipriklərim titrəsə,

Zənn etmə ki yel əsir.

Kimdən soruşum desin,

Günlər hara tələsir?..

Qəlbimdən keçənləri

Hey saf-çürük edirəm.

Bələdçi taleyimin

Arxasınca gedirəm.

Quzeydəyəm... qarşımı

Kəsəndən xəbimim yox.

İncimə... nə özümdən,

Nə səndən xəbəim yox...

21.09.2025

YAXŞI Kİ ...

Qapımı bağlamışdım,

Pəncərəmdən daş gəldi.

Deyib-güldüyüm yerdə,

Gözlərimdən yaş gəldi.

Elə bildim ürəyim

Qırrılıb yerə düşdü.

Sandım ki ayağımın

Altından yer sürüşdü.

Gözlənilməz bir bəla,

Üstümə gəlsədə tuş,

Yaxşı ki dünyamızın

Axırı çatmayıbmış...

21.09.2025

İSMAYIL MƏRCANLI İMANZADƏ