Ismayil Imanzadə : -  ZAHİDİN ÜNVANI VƏTƏNDİR ...

YAZARLAR 22:08 / 17.04.2024 Baxış sayı: 2959

 

Əziz-istəkli eloğlum, muğam və xalq mahnılarımızın mahir ifaçısı Zahid Ouliyevlə cəmisi iki, ya da üç dəfə, özü də paytaxt Bakıda görüşmüşəm. Ancaq bununla belə həmişə onun özünə məxsus ifalarına məftun olmuşam. Onun atası, rəhmətlik Aşıq Abdullanın əmim nəvəsi Şeyyubun kiçik toyunda ifa etdiyi mahnılarla hamını heyran etdiyini də çox yaxşı xatırlayıram. (O vaxt ali məktəbin ikinci kursunda oxuyuqdum.)

Dünən axşam nootbukda ustad Zahid Quliyev haqqında Eltv-nin çəkdiyi sənədli filmə baxanda, sənətkar eloğlumun ifası məni necə sehrlədisə, bir vaxt hiss elədim ki, bir vərəq kağızla qələm qarşımdadır. Və adətən çox nadir hallarda müraciət etdiyim qəzəl janrında aşağıdakı şeirlə ustada bir daha xeyir-dua verdim. Atalar demişkən,- “Varın verən utanmaz!”- qəzəlin nə dərəcədə qəlbə yatan olduğnu düşünmədən, şeiri sizlərin diqqətinə təqdim etməyi özümə borc bildim. Varolun, görkəmli sənətkar eloğlum Zahid müəllim, harada yaşamağınızdan asılı olmayaraq, sizin əbədi ünvanınız ana Vətən və milyonlarla insanın könül dünyasıdır. Yolunuz açıq, uğurlarınız bitib-tükənməz olsun!

Q Ə Z Ə L

(Görkəmli muğam ifaçısı, istəkli eloğlum Zahid Quliyevə)

Çəkirəm illər boyu qürbətdə dərd-qəm, Zahidəm,

Yanıram öz vətənimçün necə ki şəm, Zahidəm.

Sənətin zirvəsini fəth eləyən avaz ilə,

Sızlayan könüllərə olmuşam məlhəm, Zahidəm.

Məcnuntək alışıb, Leylinin ruhunda yanan,

Şövq ilə pərvanələrçün dəm tutan, dəm Zahidəm.

Söyüdlü torpağının hər yana çatmış sorağı,

Tumasda sarvan olan, aşiqi biqəm Zahidəm.

Əzəl gündən şeirə, qəzələ rəğbətim olub,

Şura vurmaqla möhür, həm zil, həm də bəm Zahidəm.

İsmayıl Mərcanlı da bir şeir ithaf eylədi,

Səmada ilham pərim, ustadı əzəm Zahidəm.

16.04.2024

Bir 1 nəfər və musiqi aləti şəkili ola bilər