DSX əməkdaşı minaya düşdü 

MƏMLƏKƏT 13:22 / 29.04.2024 Baxış sayı: 1597

Bu gün Qazax rayonu ərazisində mina partlayışı baş verib.

Yenises.az xəbər verir ki, bu barədə Qazax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, mina partlayışı nəticəsində xəsarət alan şəxs artıq əməliyyat edilib, onun bir neçə ayaq barmağı amputasiya olunub.

Onun durumunun stabil olduğu vurğulanıb.

Qeyd edək ki, mina partlayışı nəticəsində xəsarət alan şəxsin Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı olduğu bildirilir.