Səhər Ətri : - Bir salam göndərəsən...

Ədəbiyyat 07:49 / 30.04.2024 Baxış sayı: 2029

♡♡♡

Ağrılarım cücərib,

Bəlkə gəlib görəsən?

Ağrılarımdan mənə

Bu yaz çələng hörəsən?

 

Günüm varmış görəsi,

Dərin nəfəs dərəsi...

Tullayıb bu qərəzi,

Bir təsəlli verəsən...

 

Var eyləyib varımı,

Sorasan, dərd yarımı?

Qar yağmış saçlarımı

Gün altına sərəsən...

 

Ömür yarı, gün yarı,

Açıq qoyum yolları.

Özün gəlməsən, barı

Bir salam göndərəsən...

30.04.2024