Həzi Həsənli : - Şəhid şəkli
Gül qoxulu məzarın
Batıb şəfəq selinə,
Min - min misra yazarım
Sənin bircə telinə...
Baxıram son şəklinə
Düşüncən dərin- dərin,
Qurban olum kəklinə,
Nə gözəldi gözlərin...
Həsrətin yolu uzaq,
Anamın son varisi,
Ulduztək sayrışacaq
Göz yaşı mirvarisi...
Ayrılıb gedəndə də
Mənə baxır başdaşın,
Yaxında da, gendə də
Qəlbimdəsən, qardaşım!..
18.04.2024