Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO

SİYASƏT 07:43 / 02.05.2024 Baxış sayı: 1856

 

Azərbaycan, Özbəkistan və Qazaxıstan iqtisadiyyat və energetika nazirlərinin üçtərəfli görüşündə “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu”nu imzalanıb.

Yenises.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında məlumat verib.

“Sənədin icrası yaşılenerjinin istehsalı və Azərbaycan ərazisi vasitəsilə Avropaya ixracı, enerji sistemlərinin inteqrasiyası və bərpaolunan resurslardan səmərəli istifadənin təşkili istiqamətində birgə hədəflərin həyata keçirilməsinə təkan verəcək”, - deyə nazir əlavə edib.