Hakan Fidan Azərbaycanda səfərdədir
Gündəm
21:13 / 06.10.2025
Baxış sayı: 1836
Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərə gəlib.
Yenises.az xəbər verir ki, o, Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatının XII Zirvə toplantısından əvvəl baş tutacaq TDT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.
H.Fidan, həmçinin bəzi ikitərəfli görüşlər keçirəcək.
Səfərin iki gün davam edəcəyi bildirilir.