Günəşdə güclü partlayışlar: Bəzi ölkələrdə radio rabitələri kəsildi

Maraqli 09:29 / 04.05.2024 Baxış sayı: 1086

İki yeni günəş partlaması Yaponiya, Çin və Avstraliyada qısadalğalı radio rabitəsində fasilələrə səbəb olub.

Partlayışlar mayın 2 və 3-də baş verib.

Ən güclü “X” kateqoriyalı ilk püskürmə mayın 2-si Bakı vaxtı ilə 07:22-də baş verib. Daha zəif “M” sinfinə aid növbəti partlayış isə mayın 3-də Bakı vaxtı ilə 13:00-da qeydə alınıb.

Tədqiqatçılar qeyd ediblər ki, “X” sinfinə aid partlayış indiki günəş siklində ən böyük 11-ci partlayış olub.