Gülnar Ümid - Uzaqdasan...

Ədəbiyyat 08:20 / 06.11.2025 Baxış sayı: 910

 

Bəlkə də məndən başqa kimlərinsə ürəyində,

bəlkə bir baxışın içində itmisən,

amma içimdə elə yaxındasan ki,

bir düşüncə qədər,

bir ürək döyüntüsü qədər…

 

Əllərimə toxunmur əlin,

amma ovuclarımın duasısan.

Baxışlarımda gizlətdiyim ən uzaqdakı, amma ən yaxın adam!

Səndən qaçdıqca sənə qayıdıram.

Dünya dönür, amma sən həmişə eyni məsafədəsən.

Ürəyimlə baxışlarımın arasında...✍🏼