Gülnar Ümid - Hər şeyi silmişdim

Ədəbiyyat 13:20 / 02.07.2026 Baxış sayı: 330

Hər şeyi silmişdim, bəlkə də heç yox,

Dedim, bu sevdadan uzaq qaçım mən.

Səni unutmağı bir borc bilib mən,

Özgə bir şəhərə qapı açım mən.

 

Yollar dəyişsə də, izlər itsə də,

Sən demə yollarım sənə tərəfmiş.

Bilsəydim hamıdan gizli saxlardım,

Bilmədim sevgi də gözə gələrmiş.

 

Bağışla, mən hara getdimsə, ürək,

Səni unutmağı yaddan çıxartdı.

Mən sənə qaçmağı əzbərləmişdim,

Sən yada salmağı yaddan çıxartdın.

 

Nə etsəm, bu bəxti dəyişmək olmur,

Məsafə sevgini azalda bilmir.

İnsan hər şəhərə öyrəşir, amma,

Özündən uzağa qaçmağı bilmir.

 

Sən gedən yollara səpələnmişəm,

Məni bu yollardan yığır xatirən.

İncimə, nə yalan deyim ki, daha

Əziz deyil xətrin qədər xatirən...