Bəhram Bilaloğlu - Ay var ki, gəlir

Ədəbiyyat 12:13 / 02.07.2026 Baxış sayı: 1514

Ay var ki, gəlir,

Eşq oduna, atəşə dönnəm.

Göylərdən axan,

Hala tərəf,heydərə bəndəm.

Yanmışsa ürək,

Göylə təmas,xəttini açmış.

Can vermiş,əda,

Qəlb evinin səddini açmış.

Sultanlıq edən,

Dövrü qənimət bilər,hərçənd.

Aydınlıq edər,

Sübhü səna eyləyər bər,bənd.

Meyl eyləyərəm,

Haqq evinə,zirvə,şərəfdir.

Yerdən ucalan,

Ruhu fəda,eşqə tərəfdir.