Faiq Balabəyli -Dost da gələr, yad da gələr
Dost da gələr, yad da gələr
hər biri, bir adda gələr
kül altında od da gələr,
gələr məni yaxıb gedər.
Bu dünya ilkdən belədi
gah sevincdir, gah tələdi
gələn, gəlib yox küməmi
gər başıma yıxıb gedər.
Nə deyirsiz mərdə deyin
qəmə deyin, dərdə deyin
qərib ölən yerdə, deyin
bulud ağlar çıxıb gedər.