Şahverən Cavad  - Gözün aydın olsun

Ədəbiyyat 18:14 / 01.07.2026 Baxış sayı: 222

 

 

Sıldırım dağları , sal qayaları ,

Türkün əzəməti muma döndərib .

Lay , lay yığılıbdır qum təpələri ,

Zaman ömürləri quma döndərib .

 

Sanki xoşməramlı səfirlərdilər -

Keçir sərhədləri azad dalğalar .

Sahillər üfüqü əsir götürüb ,

Hər coşqun dalğada Türkün ruhu var .

 

Cılov gəmirirlər dəli dalğalar ,

Ağzı köpüklənib , yorğa kəhər tək .

Gözün aydın olsun , Qara dənizim ,

Doğma qardaşın var - mavi Xəzər tək .

Biz iki dövlətik , vahid millətik ,

İlahi sevgilər ölmür , silinmir .

Sevginin sərhədi , vaxtın sahili ,

Dünyanın özü tək sirdir , bilinmir .

Türkün səlnaməsi , ay Qara dəniz ,

Hər dalğan bir şanlı tarix daşıyır

Su deyil , sevgiylə döyünür qəlbin ,

Türkün tərcümeyi halı yaşayır .

01 . 07 .2026

Türkiyə . Samsun şəhər