Xatirə   Rəhimbəyli - Göz yaşı tökənlər qərq olar suda

Ədəbiyyat 12:25 / 01.07.2026 Baxış sayı: 388

Göz yaşı tökənlər qərq olar suda

Nuh alar yanına göz silənləri .

Qəzəbli tufanlar salar cənginə ,

Gözümüzü dərya eləyənləri .

 

Əbədi yolçuluq başlar yenidən ,

Buludlar canına çəkər selləri .

Sərkərdə biləyi yenə bərkiyər ,

Yenə halqalanar gözəl telləri .

 

Təzə körpə doğar təzə sevgilər ,

Çıxar tərəziyə haqlar , nahaqlar .

Göz yaşı silənlər yenə azalar ,

Göylərin buludu təzədən ağlar !!!

 

Dünya da bir yekə adam kimidi ,

Günahkar bəndələr cismindəki kir .

Bir də görərsən ki ,dəryaya girdi ,

Bir də görərsən ki, tufanda çimir ....