Şakir Xanhüseynli - Əlindəmi
Ədəbiyyat
11:10 / 01.07.2026
Baxış sayı: 418
***
Getmək gərəksə gedəssən
getməmək əlindəmi
Dərin bir yuxu yatassan
yatmamaq əlindəmi
Var bildin, yoxu bilmədin
məqamında biləssən
Yolun sonuna çatassan
çatmamaq əlindəmi
Qanadın çox güclüysə də
qəfəsin dardı görəssən
Dərdli-dərdli hey ötəssən
ötməmək əlindəmi
Açmamağı heç düşünmə
axır, bir qapı açassan
Kimlərisə sevindirib
sonra pərişan edəssən
etməmək əlindəmi