Əbülfət  Mədətoğlu   -  DANIŞIR

Ədəbiyyat 10:49 / 01.07.2026 Baxış sayı: 475

Bu bir möcüzədi, ya da nağıldı

Gözümün içində gözün danışır..

Hər yandan gözümə gözün baxırdı -

Gözlərin gözümün sözün danışır!..

 

 

Əsən Xəzirimi, yoxsa gilavar

Nə yaman olubdu gözün dilavar!

Kipriyin ucunda iki gilə var -

Onlar bir -birinə özün danışır...

 

 

Kükrəyir içimdə min illik həvəs

Gözüm gözlərindən aldıqca nəfəs!

Əbülfət, gözünü sən öymə əbəs -

Adından çınqın, gah közün danışır!..