Şövkət Zərun Horovlu.- Bir gün
Bu axşam ovqatım qarışıb yenə,
Çəksəm ,lap bitirər məni birc ə ah!
Mən elə dərd yükü daşımışam ki,
Bəndəndən xəbərin olubmu , Allah?
Sanki yaşayıram son günlərimi,
Bəlkə kövrəlməyin heç yeri deyil.
Bu nimdaş ömürdən nə umum, axı,
İllər gəncliyin o illəri deyil?
Hamıdan gizlədib baxışlarımı,
Xəlvəti yaxama yaş çləmişəm.
Dərdə verməyə ta ömür qalmayıb,
Ömür də yalanmış heç bilməmişəm.
Yığ yığış eləyib çıxmışam yola
Nə fərqi uzun, ya kəsə gedəcəm.
Özümlə bir yolluq girib qol -qola,
Yalandan ,gerçəyə səfər edəcəm.
Axır dayanacar , bu da son qatar,
Yolları gözümə yığacam bir gün.
Dünyanin bir gözlü pəncərəsindən,
Mən də ,hamı kimi baxacam bir gün!