Zəka Vilayətoğlu - BİLSƏM

Ədəbiyyat 12:35 / 01.07.2026 Baxış sayı: 513

Elə həsrətəm ki bizim ellərə,

Bir gedib ətrinə bələnə bilsəm,

Şəhər hay-küyündən qaçıb qoynuna,

Keçib ələyindən ələnə bilsəm!

 

Ürək, ürək olmur qəmlə dolunca,

Axı necə dözsün həsrətə bunca?

Çıxıb zirvələrə, gəzib doyunca,

Təzədən düzlərə yol enə bilsəm!

 

Nə qədər uzaqda olsam da yenə,

O yerlər o qədər yaxındır mənə.

Könül cuşa gələ, qoca saz dinə,

Bir azca dincələ, əylənə bilsəm!

 

Ay Zəka, qardaşım, bulud olmusan,

Yaman kövrəlmisən, yaman dolmusan,

Sən elə sanma ki, unudulmusan,

Nə dəyib könlünə belə, nə, bilsəm?!..