Firuz Mustafa - BU
* Bu dünyada adam olmaq da hər adama qismət olmur.
* Bu dünyada xəsislərin səxavətindən və əliaçıqlığından aldığım ləzzəti, başqa heç nədən ala bilmədim.
* Bu, həmişə belədir: “ayaq üstə” yatanlar, uzanıb yatanlara nifrət edir.
* Bu dünya müvəqqəti olsa da, bizim eşqimiz əbədidir. Bunu mənim bir realist qəhrəmanım deyir. İcazə verirəm, siz də öz sevdiklərinizə bu sözləri deyə bilərsiniz.
* Bu qədər аdаmın cibini sоyаn həmin şəxsi оğru kimi ittihаm еtmək əvəzinə, bacarıqlı gözbаğlаyıcı kimi mükаfаtlаndırmаq lаzım idi.
* Bu gün yalniz sabah tarixə çevrile bilər.
* Bu, adi didaktik bir məsləhətdir: özündən müştəbeh olma, amma özünə qiymət ver. Özünəvurğun olma, amma özünü sev.
* Bu qədər adam içində söhbət edib “dərdləşməyə” bir adam yox.
* Bu səs-küyün içində bir az yavaşdan düşün.
* Bu cür ifadələr da var: “Cəmiyyətin nəbzini tutmaq”, “Dövrün nəbzini tutmaq”. Cəmiyyətin nəbzini tutanlar yumruq, dövrün nəbzini tutanlar quyruq yeyir.
* Bu sərt, realist dünyanın idarə olunmasını bircə günlüyə də olsa romantiklərə həvalə etmək lazımdır.
* Bu dünyada hərənin öz rolu var. Amma epizodik və səssiz rolların aktyorları daha çoxdur.
* Bu gün vətəndaşları cəhənnəmdə yaşayan bütün ölkələrin rəhbərləri onlara sabah üçün, yəni o dünyada, cənnət vəd edirlər.
* Bu, dünyanın gəlişməsində sübut olunmuş bir aksiomdur: demokratiya və azadlığın qapısı bağlı olanda adamlar din və cəhalətin pəncərəsinə, o da bağlı olanda intihar, cinayət və qətl quyusuna can atırlar.
* Bu cür həyat tərzi insanlar üçün də örnək ola bilər. Quşlar fəsiləsindən göyərçinlər, heyvan növlərindən isə canavarlar cütlüyü (yəni ər-arvad) heç vaxt bir-birlərinə xəyanət etmir. Hətta, tərəflərdən biri öləndə digəri bütün ömrü boyu tənha, yalqız, başqa sözlə, subay yaşayır.
F.M.
"Buz üstə yazılmış sətirlər" kitabından