Fərhad Tapdıqoğlu- Şahidi olduğum maraqlı toy əhvalatları.

YAZARLAR 19:37 / 01.10.2025 Baxış sayı: 1784

 

=18=

Şadlıq sarayları tamadaları toya dəvət edəndə birinci növbədə hansı bölgə ( şəhər ,kənd ,qəsəbə) toyu olması ilə maraqlanırdıq. Bölgə var ki,sözə qulaq asırlar ( az da olsa,belələri var) ,toy var təbrik üçün heç bir kəsə söz verilməsini istəmirlər ( müsiqiçilərə isə müdiriyyət az pul verdiyindən istəyirlər ki,qonaqlara söz verilsin ki,onlar da müsiqi sifariş verib, masanın üstünə pul atsınlar).

Bölgə toyu var ki,ancaq rəqs etmək istəyirlər.Toy olur ki," beyinlər"in qızıb,oynamaq istədikləri

zaman kimlərsə muğama qulaq asmaq istəyirlər.Bu və digər səbəblər tamadaya

toyu idarə etməsində çətinliklər yaradır.

Odur ki,tamada hansı bölgə məclisi olduğunu öyrənərək ,səbr,təmkin göstərərək,diqqətli olmalıdır.

Mən məslisdəki qonaqların təkcə tamadanı yox,musiqiçiləri də narahat etmələrinin dəfələrlə şahidi olmuşam.

Bir dəfə cavan oğlan müsiqi rəhbərini dəfələrlə

narahat edib," elə bu dəqiqə " oynamaq istədiyini bildirdi.Müsiqi rəhbəri onu mənə doğru istiqamətləndirsə də,o " tamada kimdir ki,müsiqiçi sizsiniz " deyib qır- saqqız olub ,əl çəkmirdi ki,çəkmirdi.

Mən ona yaxınlaşanda

"sənlik deyil" deyib, müsiqi rəhbərini narahat etməkdə davam edirdi.

Nəhayət müsiqi rəhbəri toy sahibinə yaxınlaşıb oğlanı göstərib dedi:

---Bu oğlan mənim təzə

rəhmətə getmiş anamı söydü.

Toy sahibi həmin oğlana bir - iki sillə çəkib, şadlıq sarayından bayıra çıxarıb yola saldı...

Bir dəfə isə çoxlu içki

qəbul edən birisi musiqiçilərə üzünü tutub dedi:

--Burda kişi var?

Dava düşməsin deyə çalğıçılar başlarını aşağı saldılar.

Bu zaman qoşa nağara çalan başını qaldırdı .Sərxoş qonaq nağara ifaçısından soruşdu:

--Əə,burda kişi var?

Müsiqiçi " yoxdur" anlamında başını yellədi...

Bəlkə də cavab onu qane etdiyinə görə həmin o sərxoş da başını bulayıb, zaldan çıxdı...)))

Şənlik davam elədi.

 

 

.