Fərhad Tapdıqoğlu - Qoşulma

Bir yaxın yoldaşla yenə də bulvar tərəfə ,dəniz havası udmağa yön almışdıq."Göyərçin" abidəsinin yanında başqa bir dostumuz özünü yetirib,bizə qoş-uldu.
Söhbətə başladı:
"--Uşaqlıqda gördüklərim gözlərim önündədir.Əkin yerlərini xışla şumlayardılar.
Xışı öküzə, yaxud ata ,ya kələ qoş-ardılar.İşçi heyvan bir də olardı ,iki də.
Qoş-qu aləti boyunduruq, samı və s.Xışın gavahınları,qılıncı,qulaqları yadımda qalıb.Xışın qılıncı torpağı kəsir,qulaqları isə layları çevirərdi. Xışdan tutub irəliləyən dəstəçi hərdən qulaqların üstündən basardı ki,laylar yaxşı çevrilsin.
Sonra torpağı kotanla şumladıqlarına çox baxmışam.Kotanları öküzlərə,kəllərə qoş-ardılar,traktorlara da...
Qoş-ulan işçi heyvanların sayı 2 ,4 yaxud 6 olardı.
Atın ,öküzün,yaxud kəlin qoş-ulduğu arabalarda da çox gəzmişəm. Atların qoş-ulduğu furqonlarda da gəzmişəm.Furqonlar üstü bağlı olardı.Araba 2,amma furqon 4 çarxlı idi.
Furqonda kəndimizə gəlin gətirmələri də yadımdadı.
Kəndimizə elektrik xətti çəkiləndə biz uşaqlar bir - birimizə qoş-ulub,sevinir,atdanıb- düşürdük...
Mən dərsdən sonra qonşu uşaqlara qoş-ulub,qoyun - quzu da otarmışam,çilinğ -ağac da oynamışam,çiləmə də," eşşək beli" də,gizlənpaç da...
Dərslərimi yaxşı oxuyurdum.Dərs oxumuyan uşaqlar da vardı.Qağam deyərdi: "Oğul ,sən onlara qoş-ulma,dərslərini oxu".
Mən çox vaxt yaşca böyüklərə qoş-ulub,rayon mərkəzinə gedərdim.
"Tez böyümək istəyən" ,özlərini " böyük " yaşlı uşaqlar kimi göstərənlərə deyərdilər: " Bu da başını başlara qoş-ur... "
Hərdən mənə " ə,az kitab oxu,gəl gedək oynayaq "- deyən uşaqlar haqqında nənəm deyərdi:" Bala,onlara baş qoş-ma,dərslərini oxu."
Buna baxmayaraq ,bazar günləri,mal- qaranı,qoyun - quzunu kəndin heyvanlarına qoş-ub,hətta novata da getmişəm...
Orta məktəbi bitirib,ali məktəbə qəbul olundum,tələbələrin sırasına qoş-uldum.
Oxudum.Amma " Sonanın uşaqlarına qoş-ulmadım".
O zamanlar da cızığından çıxan,pis əməllərə meyilli olanlardan uzaq durmaq üçün" Sonanın uşaqlarına qoş-ulma"-deyərdilər.Onu təfsilatı ilə bilmirəm.
İnsititutu bitirdim,mən də bir
zavod kollektivinin sırasına qoş-uldum.Ailə qurdum,evlilərin sırasına,valideyn oldum,valideynlərin sırasına qoş-uldum..."
Mənimlə gedən o biri dostum onun dediklərinə müdaxilə etdi:
--Mənzil aldın,mənzili olanların sırasına qoş-uldun.Televizor aldın, Ailə Tv - yə qoş-uldun.Evə elektrik cihazları aldın,onları elektrik şəbəkəsinə qoş-dun...Yəqin milli-azadlıq hərəkatına da qoş-uldun...
Dövlətimiz müstəqil oldu,sonra MDB -yə qoş-uldu.Sonra müxtəlif konvensiyalara, qurumlara,sazişlərə,müqavilələrə və şairə qoş-uldu...İdmançılarımız idman,olimpiya hərəkatlarına qoş-uldu..."
Bu yerdə mən söhbətə qoş-uldum:
--Uşağa deyirəm ki,"bala televizoru qoş-ma.Onsuz da bizim Tv-lərin hamısında "çal-çağırdı".
İndi hamımızın mobil telefonlarımız var.Sosial şəbəkələrə qoş-uluruq.Bizi Feyzbukda dostlar yaratdıqları ayrı- ayrı qruplara da qoş-urlar.
Mobil operatorlar bizi istəmədən ayrı- ayrı xidmətlərə də qoş-urlar...(Hamısı " pul tələsidir")
Elə biz qoş-ula- qoş-ula gedirik...
Qoş-qulu maşınlar da çoxdur şəhərdə...
Dostum başladı:
-- Həmişə biz qardaş- bacıların ,dostların bir- birimizə qoş-ulub sevindiyimiz vaxtlar da olub,ağladıqlarımız vaxtlar da... Qızların qoş-ulub qaçmağı
o zamanlar da vardı ,indi də var.İnsanların arxasınca danışıb ,söz qoş-maq yenə də var.Siz qoş-ma bilirsiniz yəqin bir bəndi 4 sətir,11 hecadan ibarət olur.Mən çox qoş-ma birirəm. Aşıq Ələsgərin,Vaqifin... qoş-malarından əzbər bildiklərim var.
Bir də var qoş-ma- sözlər arasında əlaqə yaradan nitq hissəsi...Bizim hər birimiz danışdıqlarımızda qoş-ma işlədirik.."
O biri dostum dedi:
--Görürsən toylarda,tədbirlərdə birinə söz verilir,bilmir nə desin.Deyir ki" mən də deyilənlərə qoş-uluram"...
Həə, bir mahnı qoş-muşdular ee o zamanlar.Rəhmətlik Məmməd Salmanov oxuyurdu:
"Sən bizə qoşulma,
Sıramızda durma"
Gözəl mahnı idi.3 dost qoş-ulduq detdik " Əminin " yeməkxanasına,nahar eləməyə...
Dostlar Siz də qoş-ulun bir- birinizə,oxuyun bu yazıları...
İnanın mənim yazıçı,şair olmağa ,onların sırasına qoşulmağa iddiam yoxdur.Sadəcə yazıram...