Fərhad Tapdıqoğlu -Olmuş əhvalatlar -9

YAZARLAR 15:02 / 08.11.2025 Baxış sayı: 987

 

( dodaqqaçdı)

=1=

Müəssisələrin birində rəis heyəti ( şöbə,sex rəisləri) işdən evə ,yəni Sumqayıta axşam saat 9- un yarısı onlar üçün ayrılmış "LAZ " markalı avtobusla gedirdilər.

Bir axşam fəhlələrin biri avtobusa daxil olub ,oturmaq istəyərkən sürücü Şirin kişi:

--A kişi,düş aşağı mən adam aparmıram,rəisləri aparıram -deyir.

Guya rəislər adam deyil...)))

=2=

2004-cü il idi.Kənardan açıq səhmdar cəmiyyətə sədr təyin olunmuş birisi öz "adamlar"ından bir neçəsini də özüylə gətirmişdi.Onlardan biri bu sahədən tamam uzaq sahədə,mühafizədə işləmişdi.Həmin adam sədrə çox arxayın olduğundan ,heç kimdən çəkinmir, özünü "dartırdı".

Bir gün istehsalat üzrə müavinlə sexdə gəzərkən ,fəhlələrdən biri ondan yuxarılara şikayət edəcəyini deyir.

Həmin şəxs yanında dayanan sədr müavinini göstərəcək :

---Filankəs müəllimdən başqa heç bir köpək oğlu,eşşək oğlu mənim....yeyə bilməz...- səsini ucaldır.

Ətrafda dayananlar gülüşürlər.

Filankəs müəllimi köpək oğlu da, eşşək oğlu da elədi ...həm də yedirtdi...))

Gülüşlərdən sonra müavinə:

---Mən elə demək istəmirdim- deyərək üzrxahlıq elədi...

Amma artıq iş işdən keçmişdi...

İndi də o əhvalatı xatırlayıb, danışanlar var...