Fərhad Tapdıqoğlu - Olmuş əhvalatlar-3
( dodaqqaçdl)
=1=
Şamama arvadın əri üç il olardı xəstəlikdən vəfat etmişdi. 44 yaşlı bu qadın dul idi.
Şamama arvadın 25 yaşlı qızı Məhluqə də 5 il idi ki,ərindən boşanmışdı.
48 yaşlı İsa kişinin də arvadı vəfat etmişdi.Özünə qulaq yoldaşı axtarırdı.
Bir gün o Məhluqənin qarşısını kəsib deyir:
-- Ay Məhluqə,nənənə ( yəni anana ) denən mənə gəlsin də,nolar?Təkəm.Oğlanlarım öyləniblər,qızım da ərə gedib.
Məhluqə çox fikirləşmədən deyir:
-- Nənəmi( burda anam) neynirsən? Maa nooluf, məni al dana.
İsa kişi əvvəl Məhluqənin zarafat etdiyini düşünür:
--Yaxşı dana. Nənən maa gələr ,səni də bir Allah bəndəsi alar .
Məhluqə:
--Əşşi yox ee,doğru sözümdür,mən saa gələrəm.
Elə həmin axşam Məhluqə İsaya qoşulub gedir.
Məhluqə İsadan dörd uşaq dünyaya gətirir:iki oğlan ,iki qız.
20 il bir yerdə ömür sürürlər...
İndi hər ikisi də haqq dünyasındadırlar.
Şamama arvadı da alan olmadı.Evdə qaldı,qocaldı,qarıdı,öldü...
=2=
Camalla Tərxanın möhkəm zarafatları vardı.
Bir gün Tərxan Camalgilə gedir.Çay - çörək yeyirlər,ardınca domino oynayırlar.
Arada Tərxan bayıra çıxır və bir az keçmir ki,qayıdır .
Qış fəsli idi.Hava soyuq idi,yer də donmuşdu.
Camal uzunboğaz çəkməsini( sapoq) geyib Tərxanı yola salmaq istəyir.Ayaqlarını çəkməyə salır,çəkmə isə su ilə doludur...Tərxan artıq aradan çıxmışdı...
...Tərxan təzə kostyum almışdı.Camal çəkdiyi siqareti onun cibinə atır.Bir də görürlər ki,Tərxanın pencəyinin cibindən tüstü çıxır...
İncəvara pencəyin cibinin astarı yanmışdı.
...Nə Camal ,nə də Tərxan zarafatlarından qalmırdılar.Heç biri incimir,cırnamırdı...
... O illər ( elə indi də) iki adlı adamlar vardı.
Amma Tərxan üç adlı idi: Tərxan, İsfəndiyar,Cabbar.
Doğrusu o adların tarixçəsini dəqiq bilmirəm.
Bir gün bir toy şənliyində tamada elan eləyir:
"Təbrik üçün söz Tərxan ,İsfəndiyar və Cabbara verilir"
Tərxan mikrofona yaxınlaşır.
Tamada səsləyir:
--İsfəndiyarla Cabbar da gəlsin.
Tərxan :
--Ay müəllim,hər üçü mənəm-- deyir .
Camalın səsi eşidilir:
--Üçü birində.
Tərxan dərhal başa düşür ki,bu da Camalın işidir...
Camalla Tərxanın zarafatlaşdıqlarını kənd camaatı bilirdi...
P.S.Adları dəyişmişəm.