Bə -hram Bilaloğlu- Yüyürdükcə geri gedir bu ömür,

Ədəbiyyat 11:28 / 23.09.2026 Baxış sayı: 197

Yüyürdükcə geri gedir bu ömür,

Fəsil deyil ildən ilə dövr edə.

Dövran özü sınaq verir hər kəsə,

Görmədim ki,kimsə onu cəbr edə.

 

Çəkdi yükün tale adlı qatarla,

Nizam verdi sözlü ömrə mizanla.

Dəyişmədi gediş vaxtı adam da,

El yığılsın rəhmət desin imanla.

 

Böyümədi dünya heç vaxt gözümdə,

Müsafirəm deyə-deyə yaşadım.

Ellər bilir kimlik nədir,mərd nədir,

Elin dərdin məzlum halla daşıdım.