Tapdıq ƏLİBƏYLİ - XATİRƏLƏR - YOL YORĞUNU BİR QƏRİB

Ədəbiyyat 10:55 / 23.09.2026 Baxış sayı: 183

 

Xatirələr xəzan sayaq boylanır,

Xəyallarım xatirəyə boyanır,

Duyğularım nisgilərdən boy alır...

Xatirələr - yol yorğunu bir qərib...

 

Arıya bax, xumar olub gül üstə,

Fikir sözlə çiçəkləyir dil üstə.

Fəsil-fəsil il gəlirsə il üstə,

Xatirələr - yol yorğunu bir qərib...

 

Xəzan gözü şiş, yağmurdan nəm çəkib,

Bir sevincə, bir kədərə çən çöküb,

Şair Tapdıq ğoy üzünə göz dikib...

Xatirələr - yol yorğunu bir qərib...