Fərhad Tapdıqoğlu - Paxıl...ay paxıl...
Düşüncələr
Paxıl...ay paxıl...
İçin bütün pas,paxır...
Pasını,paxırını heç nə təmizləməz, Vallah...
Nə sumbata kağızı ,nə qalaylamaq...
Sakitcə otur yerində ,qaxıl...
Unutma yuxarıdan Allah baxır...
Unutma ay paslı,paxırlı paxıl,unutma...
=
Səndən yuxarıda dayanan mənəvi zəngin insanlara tüpürmə.Tüpürcəyin qayıdıb öz üzünə düşəcək...
=
Tamahkar adamlar əzizlərini itirməkdən çox,yığdıqlarını itirəndə kədərlənir,dərd çəkirlər...
=
Elmsiz adam elmi məsləhətlər verirsə,ağılsız adam ağıllı adama nəsihət edirsə,namussuz-qeyrətsiz adam namus-qeyrətdən mühazirə oxuyursa,bu artıq faciədir.
=
İki nəfər öz aralarında yavaşdan söhbət edirlərsə,bu söhbət də ,qeybət də ola bilər...sirr də...səmimiyyət də...
Onlara yaxınlaşmaq məsləhət görülmür...
=
Sənin olanı əlindən alandan sonra yaranan əmin-amanlıq elə müharibə qədər dəhşətlidir...
=
Ən böyük acizlik sənin ola-ola ,bir addımlığında ola-ola onu görə bilməməyindir...
=
İstər bir otaqlı,istər çoxotaqlı neçə-neçə mənzillərin ,mülklərin ,imarətlərin olsun ,yaxud heç evin olmasın ,onsuz da sonda təkadamlıq mənzildə əbədi yatacaqsan...
Amma o zaman şansızlar da olur...
=
Həyata keçməyən,qocalıb qarıyan arzularıma qurd düşüb...
=
Çox dolmuşam...Mənim bulud gözlərimdən yağacaq,dolu yağacaq...döyəcək sinəmi...döyəcək...
=
Gözlərini hey döyür...döyür...amma xeyri yoxdur...
Gözləri sözünə baxmır...doymur ki,doymur...
=
Üzünə açılan qapıdan içəri zamanında daxil ol!...
Yaddan çıxarma: ya qapını üzünə bağlayarlar ,ya da qapı özü avtomatik bağlanar...