Əli Hacı Ağaevli - Dünyamızın,bu günki gedişinə
Gəl,mənimlə qaçtdı-tutdu oynama,
Dünya,səni yandıracaq közəm,mən !
Çox işləri ağartmayım,ayıbdır
Hər yaxşıya kitab olan sözəm,mən !
Doğru yolda çox əyrilər görmüşəm,
Yalanlara baş əyillər,görmüşəm !
Var-dövlətə əyilillər,görmüşəm
Yatanda da açıq qalan gözəm,mən !
Bu gün deyib,sabah sözün danan var
Allah deyib,doğru-düzü danan var !
Üz dəyişib,üzə özün danan var
Doğulandan elə bircə üzəm,mən !
Dur kənara,o Səfidən,bu Səfi
Açsın ucun,hər düyünlü kələfin !
Mənəm deyən meydandakı hərifin,
Olmağının hesabını çözəm mən !
Yoluma bax,günçıxandan günbatan...
İmkan verməm xanimanda gün bata !
Süfrəsində yeməyinə haqq qatan,
Tarixlərə vərəq-vərəq izəm,mən !
Gəl,mənimlə qaçtdı-tutdu oynama,
Dünya,səni yandıracaq közəm,mən !
Çox işləri ağartmayım,ayıbdır
Hər yaxşıya kitab olan sözəm,mən