Fərhad Tapdıqoğlu - Kəlamlar

YAZARLAR 08:59 / 04.08.2026 Baxış sayı: 506

 

Vaxtını səmərəli xərcləyib,halal zəhmətiylə pul qazananlar bədxərclik etməzlər.

=

Əgər sənin hədəfin yoxdursa,uğurlarından söhbət gedə bilməz.

=

Əgər inamını itirməmisənsə,məqsədinə çatmaq üçün cəhd göstərirsənsə,gözəlliyi duyursansa ,deməli həyatın mənalı keçir.

=

Allaha olan can borcumuzu xırda-xırda( gün-gün) xərcləməklə ödəyirik,heç gözümüzə də görünmür.

=

Evdə üşüyürsənsə,o deməkdir ki,sevgi,məhəbbət yoxdur ocaqda...

=

Əgər ədəb-ərkanlı insansansa,hörmətli olmaq üçün vacib keyfiyyətlərin birinin daşıyıcısan.

=

Hər şeyin sənin istədiyin kimi olacağına çox da ümid eləmə.Onsuz da necə olmalıdırsa,elə olacaq.

=

Passiv,fəaliyyətsiz adam biliyə,savada gedən yeganə yola düşə bilməz.

=

El-oba içində hörmət qazanmış insanın, ən azından gözəl,mülayim xasiyyəti var.

=

Saf,təmiz adam heç vaxt boş,mənasız,ziyanlı işlər görməz.

=

Əgər bacarığın ,qabiliyyətin çoxdursa,demək özünə inamın çoxdur.

=

Şirin yalanlardan ağzı dada gələn adam,doğru olanları zəhər hesab edib,həzm eləməz.

=

Əgər haqq-ədalət gücsüzdürsə,deməli onu sındırıblar,artıq şikəstdir.

=

Əgər iki insan bir-birlərinə möhkəm tellərlə bağlana bilməyiblərsə,əhd-peyman onları çətin bağlayar.

=

"Söz güləşdirənlər " məğlubiyyətlərini həzm edə bilməyib,"sözdə güləşib" qalib gəlməyə ümid edənlərdir.

=

Hər bir insanın iç dünyası sahibindən başqa hər kəsə qaranlıq olan ,kəşf olunmamış planetdir.

=

Düşüncəsi çirkli, natəmiz olandan təmiz iş,əməl gözləmək gülüncdür.

=

Kimisə ötüb keçmək mənzil başına tez çatmaq üçündür.

Unutmayaq ki,"ötüb- keçmə" bəzən insanı son mənzilə tez çatdırır.

=

Nə dəvənin boynu düzələcək,nə də bizim vəzifəlilər qarşısında əyilən əyrilərimiz,yaltaqlarımız...

=

Hava ilə doldurulmuş,tavandan asılan şarlar!

Çox forslanıb,göynən getməyin!

Bir neçə saatdan sonra Sizi yerə töküb,"parta-part" partladacaqlar...

=

Can sağlığını itir,varını itir...çox şeyini itir,amma səni sevənlərin etibarını,bir də ləyaqətini,vicdanını itirmə.

=

Bəzi valideynlər uşaqlarının üstündə iti baxışlarını "kütləşdirməklə",onları "bütləşditirlər"...

=

Çox əzizlənən,bəslənən quzulardan "buynuz " çıxaranlar da olur,çıxarmayanlar da...

=

Dili uzun olmaq istəyən "əliuzunluq " eləməz.

=

Bir -birinə bənd olan bəndələrin qarşısına bənd çəkmə,ay bəndə...

=

Həmişə gözəlliklər eybəcərliklər tərəfindən təqib olunur.

=

Şirin çay içilməz qəndlə,

Şirin çörək yeyilməz ətlə.

=

Gözləri görə- görə quyuya düşən adamın ağlının korluğuna şübhə yaranır.

=

Cırcıramanın cırıltısı meydanı başına götürəndə,bülbüllərin susmağı başa düşüləndir.

=

Tərəddüd etməklə bir işə başlayanlar çox zaman uğur qazanırlar.

=

Həyatda sevdiyin insanlara sevgini azaldıb,boş və mənasız danışıqları artırırsansa,nifrətə yol açırsan.

=

Allah yazan ömrü üç cür yaşayanlar var:

elə yaşayanlar,

belə yaşayanlar,

elə-belə yaşayanlar.

( Fikrət Sadıq, Allah Sizə rəhmət eləsin)