Fərhad Tapdıqoğlu  - DÜŞÜNCƏLƏR

YAZARLAR 10:40 / 06.04.2026 Baxış sayı: 306

=1=

Bahar saf məhəbbətlə sevirdi ağacları.Bu qarşılıqlı sevgidən balaları doğuldu.Çiçək balaları.Çiçəklər böyüdü, həddi-büluğa çatana yaxın amansız külək,yağış,çovğun onları öldürdü...

Sevib sevilə bilmədi çiçəklər...Bar-bəhər olmadı çiçəklər...Zərif çiçəklər,gözəl çiçəklər...

=2=

Don vurmasın ağacların çiçək donunu...

=3=

Külək də, yağış da,qar da,şaxta da bu baharın çiçəklərinə qənim kəsiliblər.

Zərifləri,gözəlləri incidənlər çox olur...

=4=

Amansız külək ağacların çiçəkli donunu qaldırdı...çiçəklərini tökdü...müqavimət göstərə bilməyən zəifləri yerə çırpıb əzdi...tapdaladı...

=5=

Ömrümün qışında qışdan sonra yazın gəlməsi məni çox sevindirdi...

Qışımın yazını yaşayıram.

Yaşadığım yazımın yazından yazmağı Allah mənə imkan versin.

Qışımın yazından çox yazım var hələ...

Yazımdan yazılar yazıram ,qışımın yazından...