Fərhad Tapdıqoğlu - Döydü

YAZARLAR 09:35 / 22.02.2026 Baxış sayı: 500

 

Polad dərsini bilmədiyindən müəllimin qarşısında gözlərini döydü.

Məktəbdən qayıdanda isə uşaqlarnan dalaşdı. Uşaqlardan biri onu döydü.

Evlərinə gəldi Polad.Qapını döydü, anası açdı.

Poladın anası onu üz-gözü göyərmiş halda görüb ,dizlərinə döydü...

Öyrəndi ki,Polad uşaqlarınan dalaşıb,onların qarasınca danışdı...

Polada çay-çörək verdi...

...Sonra həvəngdəstədə sarımsaq döydü,sarımsaq qatıq üçün.Axşama əmənkömənci buğlaması bişirəcəkdi...

Poladın anası sonra yığdığı başaq sünbülləri döydü...

... Poladın atası dəmirçi idi...evlərindən çox da uzaq olmayan bir məkanda dəmirçi sexində işləyirdi .

Yüksək temperaturda qızdırılan poladları( dəmiri ) gücü böyük " çəkic"lərin ( rusca molot) altına qoyub ,formaya salmaq üçün döy( ür)dü.

Bu döyülən metallardan kənd təsərrüfatı texnikaları üçün ehtiyat hissələr hazırlanırdı.

...Birdən göy guruldadı,yağış yağmağa başladı.

Poladın atası sexin qapısını bağlayıb ,atını minib ,çaparaq evə gəldi.

Onun atı bə-döydü...

Yağışın ardınca dolu yağmağa başladı...Sel suya qarışdı.Yağan dolu meyvə ağaclarını,bostan-tərəvəz bitkilərini ,bir sözlə hər şeyi döydü.

Dolunun hər şeyi döydüyünü görən Poladın anası başına ikiəlli döydü...

Yazıq kasıb...