Ələsgər ƏLİOĞLU - Ö Y R Ə D İ R
Ələsgər ƏLİOĞLU - Ö Y R Ə D İ R
Isti baxışlarda qış gizləyən var.
Papaq meşəsində baş gizləyən var...
Bilmirmi cibində daş gizləyən var,
Dünya mənə hələ cik-cik öyrədir.
Dəryazını çəkir sinəmə lay-lay,
Heç vecinə gəlmir nə hay. nə haray...
Çoxuna yapdirir bağ evi, saray,
Mənə tikmək üçün evcik öyrədir.
Itirir deyəsən daha arşını,
Ölçüsüz-biçisiz qatır başını.
Seçmir nə ustanı, nə də naşını,
Sinəsinə döyüb dik-dik öyrədir.
Hərdən yandırır da, hərdn yaxır da,
Dərdimə-qəmimə gendən baxır da...
Özünün günüə salır axırda,
Beləcə məni də zircik öyrdir.
22.02.2026