Fərhad Tapdıqoğlu - Biz aşağı siniflərdə oxuyanda...

YAZARLAR 12:24 / 16.02.2026 Baxış sayı: 478

Biz aşağı siniflərdə oxuyanda ucu perolu qələmlə yazardıq.Hər birimizin mürəkkəb qabımız olardı.Qələmi mürəkkəbə batırıb yazardıq .Suçəkənimiz də

vərəqin üstündə olardı.

Yazdıqlarımızı quruluyardlq.

Üst-başımızın,əllərimizin mürəkkəbə bulaşdığı hallar o qədər olub ki...

Onunla belə perolu qələmlə yazmaqdan həzz alırdıq .

Hamımız çalışırdıq ki,gözəl xəttimiz olsun.

"Hüsnüxətt"dən hərflərin düzgün yazılışını mənimsəyirdik.

Ona baxmayaraq hamının xətti gözəl olmurdu.

Gözəl xətti olanları nəinki sinifdə,hətta məktəbdə hamı tanıyırdı.

"Filankəsin gözəl xətti var "-deyəndə sevinirdik,bir az da forslanırdıq.))

...Deyirlər ki,"xətti gözəl olanın ürəyi də təmiz olur"...

Xəttim pis deyildir.Deyərdim ki,gözəldir.

Amma ürəyimin necə olduğunu məni tanıyanlar deyə bilərlər...

Nənim elə ürəyim də...təmizdir...gözəldir məncə...))