Əlizadə Nuri - .O qız batan gəmi kimi
Ömür- yanmış zəmi kimi
Su çəkən kağız kimiyəm,
Gəzdirirəm can yerinə.
Günəş deyil, bəlkə qandı
Yığılıbdı dan yerinə?!
Məni sevgi fəsli çəkir,
Göy üzünün qəsri çəkir...
O kimdi eşq rəsmi çəkir
Sinəmin kətan yerinə?
Ömür- yanmış zəmi kimi,
Su basmış zirzəmi kimi...
...O qız batan gəmi kimi
Dönmədi liman yerinə...