Əşrəf Veysəlli - DÜŞÜBDÜR
Sevgiləri özlərindən çox qabaq
Qəlbimizin otağına düşübdür.
Qüdrətindən bir cüt alma yaranıb,
Bir ağacın budaına düşübdür.
Xəyallarım, arzularım düz olub,
Yerlər, göylər üstlərində göz olub.
Bir cüt balam nəğmə olub, söz olub,
Ömrümün hər varağına düşübdür.
Beşiyidir köksüm, qolum onların,
Üzüm, gözüm, sağım, solum onların.
Cütünə də qurban olum onların,-
Nənələrin dodağına düşübdür.
Mən onları səadim bilmişəm,
Qəm günümdə “Gül!” Deyiblər, gülmüşəm,
Bir anayla iki uşaq “bölmüşəm,”
Bir cüt mənə, bir cüt ona düşübdür.
Ürəyimi oxutduran, dindirən,
Hərdən məni cin atına mindirən,
Oğlum üçün qız gəzirəm indi mən,
Könlüm bir toy sorağına düşübdür.
Xəyalımda mağara bax, toya bax,
Yatma, gözüm! Bu gözəl dünyaya bax.
Pəncərədən oğrun girən aya bax-
Körpələrin yanağına düşübdür.
1976- cı il.