Əşrəf Veysəlli - ŞUŞA QALASI

Ədəbiyyat 22:31 / 17.09.2025 Baxış sayı: 2060

 

Axır ki qisasım unudulmadı,

hayıma hay verdi Şuşa qalası.

Zəfər bağlarının meyvələrindən

Nə gözəl pay verdi Şuşa qaıası.

 

Ləldir , cəvahirdir qayası, daşı

Yer göyə məftundur ,göy yerə aşiq…

Qoluma güc verdi, gözümə işıq,

Dizimə hey verdi Şuşa qalası.

 

Nurlu kəhkəşandır yolu, yolağı,

Dərdlərə dərmandır İsa bulağı.

Bu da Cıdır düzü— uçuş zolağı,

Möhtəşəm laynerdir Şuşa qalası.