Əşrəf Veysəlli : -SİZİ

Ədəbiyyat 09:57 / 05.08.2025 Baxış sayı: 1966

 

Qəm mənə həmdəmdir, dərd mənə yardır,

Dərdli gözlərimə təpirəm sizi.

Sizə son məktubum bu misralardı,

Hər sözün bəşında öpürəm sizi.

 

Yolumu qar döydü, dolumu kəsdi,

Əlindən tutduğum qolumu kəsdi.

Keçiddə Əzrayıl yolumu kəsdi,

Qoymadı salamat ötürəm sizi.

 

Ömrüm taleyilə əlbəyaxadı,

İndi ümidlərim tək Allahadı.

Denya ağzı qanlı bir əjdəhadı,..

Gör kimə tapşırıb gedirəm sizi