Əşrəf Veysəlli - GEDİN
Bütün dərdinizlə, kədərinizlə
Gəlin, ürəyimi dağlayın, gedin.
Yazln ortaları sellər sayağı
Coşun, çalxalanın, çağlayın, gedin.
Görcək qanadlanıb uçum təzədən,
Göyçək boyunuzu qucum təzədən.
Gəlin, gözlərimi açın təzədən,
Gəlin, gözlərimi bağlayın, gedin.
Döyüşə girmişəm yalın əlimlə,
Əlimdən çıxmayın, qalın əlimdə.
Mənim nəyim varsa alın əlimdən,
Bir ciqqa mənə də saxlayın, gedin.
Soruşun:”Ay Əşrəf, nə var
, nə yoxdur?”
Dünyanın dilində deyim “ hə” yoxdur.
Qışda çox istidir, yayda soyuqdur,
Gəlin, əhvalımı yoxlayın, gedin.
Gəlin, sazlı, sözlü bir yaz keçirək.
Niyə ortalıqdan Araz keçirək.
Ya da ki yığışıb iclas keçirək,
Siz də rynək altdan yuxlayın, gedin…
Orda bir quş qonar hasarın üstə,
Ötər “çahargah” da “hisar” ın üstə…
Gəlin bircə kərə məzarım üstə,
Gəlin, özünüzü ağlayın, gedin.